"Azərişıq" ASC sədri Qubada vətəndaşları qəbul edib

"Azərişıq" ASC sədri Qubada vətəndaşları qəbul edib Azərbaycan Prezidenti İlham Əliyevin vətəndaşların şəhər və rayonlarda qəbulunun keçirilməsinə dair tapşırığına uyğun olaraq "Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov avqustun 31-də Quba şəhərində Quba və Qusar rayonlarından olan vətəndaşları qəbul edib.
Energetika
31 Avqust , 2022 22:38
Azərişıq ASC sədri Qubada vətəndaşları qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyevin vətəndaşların şəhər və rayonlarda qəbulunun keçirilməsinə dair tapşırığına uyğun olaraq "Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov avqustun 31-də Quba şəhərində Quba və Qusar rayonlarından olan vətəndaşları qəbul edib.

“Report” xəbər verir ki, qəbul Quba şəhəri, Heydər Əliyev prospektində yerləşən Heydər Əliyev Mərkəzində keçirilib.

Qəbul Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşları qəbulu cədvəlinə əsasən baş tutub.

Qəbuldan əvvəl ümummilli lider Heydər Əliyevin Quba şəhərindəki abidəsi ziyarət olunaraq önünə gül dəstələri qoyulub və əziz xatirəsinə dərin ehtiram ifadə edilib.

Qəbul zamanı qurumun fəaliyyət istiqamətlərinə uyğun olan müvafiq müraciətlər cavablandırılıb, qaldırılan bəzi məsələlərin yerindəcə həlli ilə bağlı tədbirlər görülüb, həlli araşdırma tələb edən məsələlərlə bağlı yazılı müraciət qeydə alınıb və aidiyyəti şöbələrin icraatına göndərilib.

Vətəndaşlar bölgələrdə qəbulla bağlı göstərdiyi diqqət və qayğıya görə Azərbaycan Prezidentinə minnətdarlıqlarını ifadə ediblər.

Son xəbərlər

Orphus sistemi