“Azəriqaz”da yeni təyinat olub
Energetika
- 16 mart, 2021
- 13:15
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyində yeni təyinat olub.
“Report”un “Azəriqaz”a verilən məlumata görə, Baş direktor Ruslan Əliyevin imzaladığı əmr ilə Elçin Bilal oğlu Qocayev qurumun İdarəetmə aparatının İstehlakçılara satılan qaza nəzarət şöbəsinə rəis təyin edilib.
O, bu təyinata qədər Energetika Nazirliyi yanında Enerji Tənzimləmələri Agentliyində sektor müdiri vəzifəsində çalışıb.
E.Qocayev Azərbaycan Dövlət Neft Akademiyasının məzunudur. O, əmək fəaliyyətinə Dənizdə Neft və Qazçıxarma İstehsalat Birliyində mühəndis kimi başlayıb, 2006-2018-ci illərdə SOCAR-ın müxtəlif idarələrində, eləcə də “Azəriqaz”da şöbə rəisinin müavini və şöbə rəisi kimi çalışıb.
Son xəbərlər
22:15
Göygöldə kişi həyat yoldaşını qətlə yetirib
Hadisə22:03
"Naftogaz" və MOL Group Ukrayna üçün Macarıstanda yanacaq saxlama terminalı tikəcək
Digər ölkələr21:33
Foto
Məmmədəli Mehdiyev cüdo üzrə veteranlar arasında dünya çempionu olub
Fərdi21:29
Foto
Belqradda Azərbaycanın milli mətbəxi təqdim olunub
Mədəniyyət21:14
Premyer Liqanın Vl turunda "Sumqayıt" "Kəpəz"lə heç-heçə edib
Futbol20:50
Foto
Video
Xankəndidə şəhər günü atəşfəşanlıqla qeyd olunub - YENİLƏNİB
Daxili siyasət20:41
Madrid derbisinin qalibi müəyyənləşib
Futbol20:25
Bloomberg: Supertanker çatışmazlığı uzaq məsafələrə neft tədarükünü əlverişsiz edib
Digər ölkələr20:14