“AzərEnerji” Özbəkistan Milli Elektrik Şəbəkəsi ilə memorandum imzalayıb

“AzərEnerji” Özbəkistan Milli Elektrik Şəbəkəsi ilə memorandum imzalayıb “AzərEnerji” ASC ilə Özbəkistan Milli Elektrik Şəbəkəsi ASC arasında memorandum imzalanıb
Energetika
27 İyul , 2023 12:17
“AzərEnerji” Özbəkistan Milli Elektrik Şəbəkəsi ilə memorandum imzalayıb

“AzərEnerji” ASC ilə Özbəkistan Milli Elektrik Şəbəkəsi ASC arasında memorandum imzalanıb.

“AzərEnerji” ASC-dən “Report”a verilən məlumata görə, memorandumun məqsədi Azərbaycan enerjisisteminin təcrübəsindən faydalanmaq və hər iki ölkənin enerji sahəsində əməkdaşlığını genişləndirilməsindən ibarətdir.

Azərbaycanda səfərdə olan Özbəkistan Milli Elektrik Şəbəkəsinin rəhbər heyəti 24 iyul tarixindən etibarən 4 gün ərzində “AzərEnerji”nin elektrik stansiyaları, yarımstansiyaları, laboratoriya, tədris və rəqəmsal idarəetmə mərkəzlərində olub, bir sıra görüşlərdə iştirak ediblər.

“AzərEnerji” rəhbəri Baba Rzayev və digər şəxslərlə Özbəkistan enerji sisteminin rəhbər heyətinin görüşlərində hər iki ölkənin enerji sistemləri arasında əməkdaşlıq münasibətlərinin mövcud vəziyyəti və perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Səfər çərçivəsində Özbəkistan nümayəndə heyətinə “Azərenerji”nin elektrik stansiyaları, yarımstansiyalar, Rəqəmsal İdarəetmə və yeni SCADA sistemi, bu sistemlərin tətbiqi zamanı vacib olan amillər, proqram təminatı, avtomatika və digər sahələr üzrə geniş məlumatlar verilib.

Son xəbərlər

Orphus sistemi