"Azəriqaz"ın rəhbəri Horadizdə 5 rayonun vətəndaşları ilə görüşüb

"Azəriqaz"ın rəhbəri Horadizdə 5 rayonun vətəndaşları ilə görüşüb Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Azər Məmmədov Horadiz şəhərində vətəndaşlarla görüş keçirib.
Energetika
17 May , 2024 20:07
Azəriqazın rəhbəri Horadizdə 5 rayonun vətəndaşları ilə görüşüb

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Azər Məmmədov Horadiz şəhərində vətəndaşlarla görüş keçirib.

"Report" bu barədə İstehsalat Birliyinə istinadən xəbər verir.

"Dövlət başçısının müvafiq tapşırığına əsasən digər qurumlar kimi "Azəriqaz" İstehsalat Birliyi olaraq davamlı şəkildə regionlarda vətəndaşlarla görüşlər keçirir, yerlərdə qaz təsərrüfatına dair problemlərin həllinə dəstək oluruq", - A.Məmmədov qəbulda bildirib.

Birlik rəhbəri Beyləqan, Ağdam, Bərdə, Naftalan və Füzuli rayonlarından qəbula gələn 11 vətəndaşın hər birinin problem və təklifini dinləyib. Ünvanlanan müraciətlər əsasən fərdi qazlaşma, istehlak olunan təbii qaza görə yaranan debitor borcun hissə-hissə ödəniş edilməsinə şəraitin yaradılması, işə qəbul və qaz sayğacının yerinin dəyişdirilməsi ilə bağlı olub.

Baş direktor qaldırılan məsələlərin həlli istiqamətində sakinlərə köməklik göstərilməsi ilə bağlı Tərtər Regional qaz istismarı İdarəsinin rəhbərliyinə müvafiq tapşırıq verib.

Son xəbərlər

Orphus sistemi