Bakı. 28 dekabr. REPORT.AZ/ Ötən ilin müvafiq dövri ilə müqayisədə gündəlik orta hesabla 5,5 mln. kVt/s artıq elektrik enerjisi istehsal edilir.
Bu barədə “Report”a qurumun ictimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəisi Yəhya Babanlı deyib.
Y.Babanlının sözlərinə görə, yanacaq sərfiyyatı isə əksinə azalıb: “Ən əsası isə 5,5 milyon kVts artım olmasına baxmayaraq, ötən ilin müvafiq dövri ilə müqayisədə istehsal prosesində şərti yanacaq sərfiyyatı hər kVts-a görə 1-2 qramadək azalıb. Beləliklə, daha az yanacaq sərf edilməklə həm yanacağa qənaət olunub, həm də daha çox elektrik enerjisi istehsal edilib. İyul ayında elektrik enerji sistemində yaranan böhran səbəbindən Prezident