“Azərenerji” “Çaykənd-2” kiçik su elektrik stansiyasının inşasını planlaşdırır
Energetika
- 27 may, 2024
- 14:22
“Azərenerji” SC “Çaykənd-2” kiçik su elektrik stansiyasının (SES) tikintisi üçün tender elan edib.
“Report” bu barədə şirkətin dövlət satınalmaları portalında yerləşdirdiyi elana istinadən xəbər verir.
Bildirilib ki, “Azərenerji” “Çaykənd-2” SES-in tikintisi üçün podratçı şirkət seçir.
Tenderdə iştiraka görə dövlət rüsumu 2 min 765,18 manatdır. Bundan başqa, tenderdə iştirak etmək istəyən şirkətlər tender komissiyasına təqdim etmək üçün tələb olunan sənədlərin siyahısı ilə tanış olmaq üçün 25 manat ödəməlidirlər.
Elanda qeyd edilib ki, tender üzrə işlərin smeta dəyəri 18 milyon 434 min 525 manatdır.
İddiaçılardan tender təklifləri 16 iyul saat 09:00-dək qəbul ediləcək. Tender proseduru elə həmin gün baş tutacaq.
Son xəbərlər
18:28
Tramp: Yalnız ABŞ Rusiya və Çini Qrenlandiya ətrafındakı ərazilərdən çıxmağa məcbur edə bilər
Digər ölkələr18:24
Metyu Brayza: TRİPP marşrutu Azərbaycanın mühüm tranzit dəhlizinin əsas həlqələrindən birinə çevrilməsinə imkan yaradacaq
Region18:20
Hesablama Palatası: İKZF-də güzəştli ipoteka və subsidiyalar üzrə audit qərarları icra olunub
Maliyyə18:12
Həvəskar tennisçi dünya ulduzlarını məğlub edərək böyük məbləğdə mükafat qazanıb
Fərdi17:55
OPEC 2026-cı ildə qlobal neft tələbatının artımı ilə bağlı qiymətləndirməsini dəyişməyib
Energetika17:54
"Araz-Naxçıvan"ın baş məşqçisi: "Futbolçular yorğunluq fonunda meydana çıxmışdılar"
Futbol17:43
"OPEC+" ölkələri dekabrda neft hasilatını gündəlik 197 min barel azaldıb
Energetika17:41
Azərbaycanın sığorta bazarı 11 % böyüyüb
Maliyyə17:39