Azərbaycanın karbamid ixracından qazancı açıqlanıb

Energetika
  • 01 yanvar, 2024
  • 05:08
Azərbaycanın karbamid ixracından qazancı açıqlanıb

Ötən ilin yanvar-noyabr aylarında Azərbaycan 72,5 milyon ABŞ dolları dəyərində karbamid ixrac edib.

“Report”un məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın dekabr sayında bildirilir.

Bu, 2022-ci ilin 11 ayının göstəricisi ilə müqayisədə 126,1 milyon ABŞ dolları və ya 2,73 dəfə azdır.

Hesabat dövründə Azərbaycanın ümumi ixracı 31,5 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac isə 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 10,5 % artaraq 3 milyard ABŞ dolları təşkil edib.

Xatırladaq ki, karbamid (azot gübrəsi) Sumqayıt Kimya Sənaye Parkının ərazisindəki “SOCAR Karbamid” zavodunda istehsal edilir. Zavod 2019-cu il yanvarın 16-da istifadəyə verilib, il ərzində 435 milyon kubmetr təbii qazdan xammal kimi istifadə etməklə 650-660 min ton karbamid istehsal etmək gücündədir. İstehsal həcminin 70 %-i ixrac üçün nəzərdə tutulub.

Son xəbərlər

Bütün Xəbər Lenti