Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə qaz çəkilməsinə başlanılır

Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə qaz çəkilməsinə başlanılır Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında müzəffər Azərbaycan Ordusu torpaqlarımızı uğurlu əməliyyatlarla işğaldan azad edir. Artıq belə yaşayış məntəqələrində dərhal infrastruktur layihələrinə də start verilib.
Energetika
1992
26 Oktyabr , 2020 16:47
Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə qaz çəkilməsinə başlanılır

Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında müzəffər Azərbaycan Ordusu torpaqlarımızı uğurlu əməliyyatlarla işğaldan azad edir. Artıq belə yaşayış məntəqələrində dərhal infrastruktur layihələrinə də start verilib.

Bu barədə “Report”a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Məlumata görə, ilk növbədə, yol çəkilişi, ardınca digər kommunal məsələlər nəzərdən keçirilir. O cümlədən qaz təchizatı üzrə layihələndirmə də gündəmdədir.

Bu məqsədlə “Azəriqaz” bölgədə reallaşdırılacaq qaz çəkilişi layihələrini yerindəcə araşdırmağa başlayıb. Birliyin bölgəyə ezam olunan layihəçiləri əraziyə baxış keçirib, mümkün variantlar müzakirə edilib.

"İstehsalat Birliyi işğaldan azad olunan ərazilərdə işə başlamaqdan qürur duyur və bunu müqəddəs vəzifə borcu sayır. Qaz təsərrüfatının işçiləri torpaqlarımızın hər bir hissəsi azadlığa qovuşduqca həmin yerlərə “Yüksələr bayrağımız, isinər ocağımız!” devizi ilə hərəkət etməyə hazırdır", - deyə qurum bəyan edib.

Son xəbərlər

Orphus sistemi