Azərbaycanın energetika naziri
"Report" xəbər verir ki, nazir son illər ölkə iqtisadiyyatının inkişafından, həmçinin neft və qaz sənayesinə dövlət dəstəyindən, Azərbaycanda alternativ və bərpa olunan enerji mənbələrinin inkişafı sahəsində görülən işlərdən danışıb. Sessiyada Rusiyanın energetika naziri Aleksandr Novak, “LUKoil” şirkətinin prezidenti
Qeyd edək ki, Moskvada “Rusiya Energetika Həftəsi -2019” Beynəlxalq Forumu öz işinə başlayıb. Azərbaycanı tədbirdə energetika naziri Pərviz Şahbazovun rəhbərliyi ilə nümayəndə heyəti təmsil edir.
2016-cı ildən keçirilən "Rusiya Energetika Həftəsi"ndə, bu il dünyanın 80 ölkəsindən 200-dən çox şirkətin 10 mindən çox nümayəndəsi iştirak edir. Forumda yanacaq-energetika sahəsində əməkdaşlıq perspektivləri, investisiyalar, enerji təhlükəsizliyi və digər mövzular ətrafında fikir mübadiləsi aparılır.
Azərbaycanın energetika naziri Beynəlxalq Forum çərcivəsində bir çox ölkələrin energetika nazirləri, nüfuzlu beynəlxalq təşkilatlar və şirkətlərin rəhbərləri, o cümlədən OPEC-in Baş Katibi Məhəmməd Barkindo ilə ikitərəfli görüşlər keçirib. Görüşlərdə enerji sahəsində qarşılıqlı əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.
Qey edək ki, Beynəlxalq Enerji Həftəsi çərçivəsində Qaz İxrac Edən Ölkələr Forumunun 21-ci Nazirlər Görüşü də keçiriləcək. Görüşdə Azərbaycan nümayəndə heyətinin iştirakı nəzərdə tutulub.
İqbal Rüstəmov