Azərbaycanın Energetika naziri OPEC-lə əməkdaşlığın əhəmiyyətindən danışıb

Azərbaycanın Energetika naziri OPEC-lə əməkdaşlığın əhəmiyyətindən danışıb OPEC-in 60 illiyinə həsr edilmiş xüsusi bülletendə təşkilatın yubileyi münasibətilə Azərbaycanın Energetika naziri Pərviz Şahbazovun fikirlərinə də yer ayrılıb. “Report”un Energetika Nazirliyinə istinadən verdiyi xəbərə görə, nazir birlik, həmrəylik və əm
Energetika
328
19 Sentyabr , 2020 09:23
Azərbaycanın Energetika naziri OPEC-lə əməkdaşlığın əhəmiyyətindən danışıb
Pərviz Şahbazov

OPEC-in 60 illiyinə həsr edilmiş xüsusi bülletendə təşkilatın yubileyi münasibətilə Azərbaycanın Energetika naziri Pərviz Şahbazovun fikirlərinə də yer ayrılıb.

“Report” bu barədə Energetika Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, nazir birlik, həmrəylik və əməkdaşlığın OPEC-in 60 illik fəaliyyətində  bütün məram və məqsədlərinin zirvəsini təşkil etdiyini və OPEC ideyasının reallığa çevrilməsini də neft ölkələri arasında əməkdaşlığa inamın nəticəsi kimi qeyd edib: “Uzun bir inkişaf yolu keçən OPEC neft bazarında çox dalğalanmalara, mübarizələrə şahidlik edib. Ən müxtəlif situasiyalarda tənzimləmə missiyasını layiqincə yerinə yetirərək dünya enerji balansını və neft bazarının konfiqurasiyasını dəyişən yeni reallıqlara adekvat davranmağı bacarıb. Dünyanın enerji mənzərəsi kimi OPEC-in struktur və məzmunu da dəyişikliyə uğrayıb. 2016-cı ilin dekabrında “OPEC plus” formatının yaradılması bunun bir nümunəsi idi. Belə bir formatın yaradılması ilə təşkilat yeni inkişaf səviyyəsinə yüksəldi. Daha geniş əməkdaşlıq modelinə, səmərəli tənzimləmə mexanizminə sahib oldu. “Əməkdaşlıq Bəyannaməsi” təkcə bu sənədə qoşulan neft hasilatçısı və ixracatçısı olan ölkələrin maraqlarını təmin etmədi. Həm də çoxsaylı faktorların, risklərin təsiri ilə dəyişən vəziyyətə uyğun qlobal neft bazarının nizamlanmasının qarantına çevrildi”.

Azərbaycanın OPEC+ formatı çərçivəsində təşkilatla əməkdaşlığından bəhs edən nazir bildirib ki, təkcə neft bazarında tarazlığın deyil, ümumən dünyanın mizan-tərəzisinin pozulduğu dövrümüzdə bu vəziyyəti müsbətə doğru dəyişəcək ən qiymətli dəyərlərdən biri həmrəylikdir. Hazırkı çətin sınaqlar dövründə OPEC və qeyri-OPEC ölkələrinin əməkdaşlığı və həmrəyliyi təşkilata ən gözəl yubiley hədiyyəsidir. 

Son xəbərlər

Orphus sistemi