Yuxarı

Azərbaycanın energetika naziri əlcəzairli həmkarını Azərbaycana səfərə dəvət edib

Azərbaycanın energetika naziri əlcəzairli həmkarını Azərbaycana səfərə dəvət edib

Bakı. 25 sentyabr. REPORT.AZ/ Azərbaycanın energetika naziri Pərviz Şahbazov OPEC+ Nazirlərinin Birgə Monitorinq Komitəsinin X iclası çərçivəsində Əlcəzairin energetika naziri Mustafa Qituni və “Sonatrach” şirkətinin baş direktoru Abdelmumen Ould Kadurla görüşüb.

Nazirlikdən “Report”a verilən məlumata görə, Əlcəzairin energetika naziri ilə görüşdə iki ölkə arasında enerji sahəsində əməkdaşlığın inkişafı ətrafında fikir mübadiləsi aparılıb. M. Qituni Azərbaycan şirkətlərinin Əlcəzairin enerji sektorunda iştirakına maraqlarını ifadə edib. Pərviz Şahbazov isə iki ölkənin müvafiq nazirlikləri arasında Anlaşma Memorandumunun yekunlaşmaq üzrə olduğunu bildirib və Əlcəzairin energetika nazirini Azərbaycana səfərə dəvət edib. Qeyd edilib ki, müvafiq sənədin imzalanması enerji sektorunda çoxşaxəli əməkdaşlıq potensialını reallaşdırmağa töhfə verəcək.

Əlcəzairin milli enerji şirkəti “Sonatrach” şirkətinin baş direktoru Abdelmumen Ould Kadurla isə “Sonatrach” və SOCAR arasında əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilib. Görüşdə “SOCAR Trading” ilə “Sonatrach” şirkəti arasında neft məhsulları sahəsində, eləcə də "Neftqazelmitədqiqatlayihə" İnstitutu ilə əməkdaşlıq əlaqələrindən bəhs edilib. Nazir Azərbaycanın həyata keçirdiyi enerji layihələri və yaratdığı infrastrukturla qlobal enerji təhlükəsizliyinin təminatında oynadığı rolundan danışıb. “Sonatrach” şirkəti ilə əməkdaşlığın perspektiv istiqaməti kimi bərpa olunan enerji mənbələri üzrə təcrübə mübadiləsinin vacibliyini diqqətə diqqətə çatdırıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi