Azərbaycanın 2024-cü ildə qlobal neft hasilatındakı payı açıqlanıb
- 27 iyun, 2025
- 10:14
Ötən il Azərbaycanda gündəlik 595 min barel neft (kondensatla birlikdə) hasil edilib ki, bu da 2023-cü ilin göstəricisindən 3,7 % azdır.
“Report” xəbər verir ki, bu göstəricilər “Energy Institute” tərəfindən hazırlanmış Dünya Enerjisinin Statistik İcmalında (Statistical Review of World Energy) öz əksini tapıb.
İcmala əsasən, 2024-cü ildə Azərbaycanın qlobal neft hasilatında gündəlik payı 0,7 % təşkil edib.
Hesabat ilində ölkədə ümumilikdə 29 milyon ton neft (2023-cü ilin göstəricisi ilə müqayisədə 3,9 % azdır) hasil edilib. Ötən il qlobal neft hasilatının ümumi həcmində Azərbaycanın payı 0,6 %-ə bərabər olub.
2024-cü ildə Azərbaycanda maye karbohidrogenlərin gündəlik istehlak həcmi 128,2 min barel (-2,4 %) təşkil edib.
2023-2024-cü illərdə ölkədə gündəlik 120 min barel neft emal edilib, bu isə dünya üzrə neft emalı göstəricisinin 0,1 %-ni təşkil edir.