Azərbaycanda “yaşıl enerji” layihələrinə ayrılacaq kreditin məbləği açıqlanıb

Energetika
  • 04 iyun, 2025
  • 16:43
Azərbaycanda “yaşıl enerji” layihələrinə ayrılacaq kreditin məbləği açıqlanıb
Samir Axundov

Azərbaycanda bərpa olunan enerji mənbələri ilə bağlı layihələrə kredit ayrılacaq.

"Report" xəbər verir ki, bunu Energetika Nazirliyinin tabeliyindəki Enerji Məsələlərini Tənzimləmə Agentliyinin İdarə Heyətinin sədri Samir Axundov 30-cu Yubiley Bakı Enerji Forumu çərçivəsində bildirib.

S. Axundov qeyd edib ki, ən kiçik layihələr üzrə kredit məbləği 1 000 manatdan başlayacaq və 50 000 manata qədər olacaq. Orta ölçülü layihələr üçün bu rəqəm 50 000 manatdan 1 milyon manatadək, böyük layihələr üçün isə 1 milyon manatdan 10 milyon manatadək dəyişəcək.

“Ən kiçik layihələrlə bağlı məbləğ 1 000 manatdır. Bu, başlanğıc nöqtəsidir”, – deyə o bildirib.

Ən böyük layihəyə gəlincə, S. Axundov qeyd edib ki, bu, 10 milyon manat olacaq: “10 milyon manat məbləği bizim üçün maksimumdur. Onunla bağlı güzəşt müddəti 24 aydır. Digər layihələrə baxdıqda, bu, daha aşağıdır. Biz bunu müştəriyə öz layihəsini qurmağa və ondan istifadə etməyə başlamağa imkan vermək məqsədi ilə edirik”.

O düşünür ki, 24 ay güzəşt müddəti kimi çox yaxşıdır. Agentlik rəhbəri verilən kreditin faiz dərəcəsinin hələ müəyyənləşdirilmədiyini deyib.

Son xəbərlər

Bütün Xəbər Lenti