Azərbaycanda metanol istehsalı 9 % azalıb
- 11 iyul, 2025
- 15:54
Bu ilin yanvar-iyun aylarında Azərbaycanda 227,7 min ton həcmində metanol (metil spirit) istehsal olunub.
“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu, 2024-cü ilin 6 ayı ilə müqayisədə 9 % azdır.
Bu il iyulun 1-nə 37,2 min ton hazır məhsul qalığı yaranıb.
Qeyd edək ki, Metanol Bakının Qaradağ rayonundakı Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Metanol Zavodunda istehsal edilir. 2013-cü ildə istismara verilmiş zavod 2016-cı ildənn SOCAR-ın törəmə müəssisəsi - “SOCAR Metanol” MMC-nin idarəçiliyi altında fəaliyyət göstərir, 2017-ci ilin avqust ayından isə şirkətin mülkiyyətinə keçib. Müəssisə illik 650-700 min ton metanol istehsal etmək gücünə malikdir. İstehsalatda xammal olaraq təbii qaz və duzlaşdırılmış su istifadə olunur.