Azərbaycanda İƏT-in Təmiz Enerji Mərkəzi yaradılacaq

Azərbaycanda İƏT-in Təmiz Enerji Mərkəzi yaradılacaq Azərbaycanda İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Təmiz Enerji Mərkəzinin yaradılması ilə bağlı razılıq əldə olunub.
Energetika
202
27 Noyabr , 2021 15:22
Azərbaycanda İƏT-in Təmiz Enerji Mərkəzi yaradılacaq

Azərbaycanda İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Təmiz Enerji Mərkəzinin yaradılması ilə bağlı razılıq əldə olunub.

“Report” xəbər verir ki, bunu bu gün keçirilən İƏT-in xarici işlər nazirlərinin toplantısında Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

"Bu mərkəz Birləşmiş Millətlər Təşkilatının (BMT) Sənaye İnkişafı Təşkilatının (UNİDO) Davamlı Enerji Mərkəzlərinin Qlobal Şəbəkəsinin bir hissəsi olaraq yaradılır", - nazir bildirib.

Bundan başqa, M. Çavuşoğlu, İƏT-in Ticarət və İnkişaf Bankının (ECOBank) dəstəyə ehtiyacı olan digər mühüm qurum olduğunu bildirib: “Bankın institusional və maliyyə imkanları artırılmalıdır. İƏT-in bütün üzvlərini banka qoşulmağa dəvət edirik”.

Xatırladaq ki, 2008-ci ildə fəaliyyətə başlayan "ECO Ticarət və İnkişaf Bankı"nın üzv dövlətləri Azərbaycan, Türkiyə, İran, Pakistan, Əfqanıstan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistandır. Bank region ölkələrində müxtəlif sahələrin maliyyə ehtiyaclarını qarşılamaqla istər dövlət, istərsə də özəl sektorlarda davamlı iqtisadi inkişafı və regional inteqrasiyanı dəstəkləyir.

Son xəbərlər

Orphus sistemi