Azərbaycanda əmtəəlik qaz hasilatı 5 %-dən çox artıb
Energetika
- 15 iyul, 2024
- 06:29
Bu ilin yanvar-iyun aylarında Azərbaycanda 25 milyard 079,6 milyon kubmetr təbii qaz hasil edilib.
“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bunun 19 milyard 141,1 milyon kubmetri əmtəəlik təbii qazın payına düşüb.
Hesabat dövründə təbii qaz hasilatı illik müqayisədə 3,4 %, əmtəəlik qaz hasilatı isə 5,3 % artıb.
Ötən 6 ay ərzində Azərbaycanda 14 milyon 450,7 min ton qaz kondensatı daxil olmaqla xam neft hasil edilib. Bunun 14 milyon 419,6 min tonu əmtəəlik xam neftin payına düşüb.
Hesabat dövründə neft hasilatı və əmtəəlik neftin həcmləri 2023-cü ilin ilk 6 ayı ilə müqayisədə 4,9 % azdır.
Son xəbərlər
02:07
"Yle": Finlandiyanın "F-35" qırıcısı texniki nasazlıq səbəbindən Azor adalarında qalıb
Digər ölkələr01:49
Foto
Dmanisidən olan azərbaycanlı idmançı Gürcüstan çempionu titulunu qazanıb
Fərdi01:34
ABŞ-də dizelin qiyməti rekordu yeniləyib
Digər ölkələr01:06
Albaniyada Dayanıqlı İnkişaf Məqsədlərinin sürətləndirilməsi üçün 6 milyon dollar ayrılıb
Digər ölkələr00:37
Haaqada iğtişaşlar səbəbindən 24 nəfər saxlanılıb
Digər ölkələr00:10
Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
Qarabağ00:05
Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb
Daxili siyasət00:05
Bu gün Azərbaycanda Dövlət Suverenliyi Günüdür
Qarabağ00:00