Azərbaycanda əmtəəlik propilen istehsalı 8 %-dən çox azalıb

Energetika
  • 14 dekabr, 2022
  • 13:12
Azərbaycanda əmtəəlik propilen istehsalı 8 %-dən çox azalıb

Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycanda 118,7 min ton həcmində propilen, 118,8 min ton həcmində polietilen, 123,5 min ton həcmində etilen istehsal edilib.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu ilin yanvar-noyabr aylarında propilen istehsalının 113,6 min tonu əmtəəlik məhsulun payına düşüb.

Hesabat dövründə propilen istehsalı 10,6 %, əmtəəlik propilen istehsalı 8,4 % azalıb.

Bu ilin yanvar-noyabr ayları ərzində ölkədə etilen və polietilen istehsalı isə müvafiq olaraq illik müqayisədə 22,3 % və 20,1 % azalıb.