Azərbaycanda əmtəəlik propilen istehsalı 23 % artıb

Energetika
  • 15 aprel, 2022
  • 11:53
Azərbaycanda əmtəəlik propilen istehsalı 23 % artıb

Bu ilin yanvar-mart aylarında Azərbaycanda 40 min ton həcmində propilen, 42,2 min ton həcmində polietilen, 41,4 min ton həcmində etilen istehsal edilib.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, 3 aylıq propilen istehsalının 37,5 min tonu əmtəəlik məhsulun payına düşüb.

Hesabat dövründə propilen istehsalı 22,3 %, əmtəəlik propilen istehsalı 23 % artıb.

Bundan başqa, son 1 ildə etilen və polietilen istehsalı isə müvafiq olaraq 2,1 % azalıb və 0,2 % artıb.