Azərbaycanda elektrik enerjisi istehsalı 6 % azalıb
Energetika
- 15 may, 2024
- 08:48
Bu ilin yanvar-aprel aylarında Azərbaycanda elektrik enerjisinin istehsalı 9 milyard 248,6 milyon kVt/saat olub.
Bu barədə “Report” Energetika Nazirliyinin 2024-cü ilin yanvar-aprel ayları üzrə açıqladığı elektrik enerjisi göstəriciləri ilə bağlı operativ məlumatlarında deyilir.
Bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 603,5 milyon kVt/saat və ya 6,1 % azalıb.
Bu ilin aprel ayında isə ölkədə elektrik enerjisinin istehsalı 2 milyard 108,5 milyon kVt/saat olub ki, bu da bir il öncəki göstərici ilə müqayisədə 12,6 milyon kVt/saat və ya 0,6 % çoxdur.
Xatırladaq ki, 2023-cü ilin yanvar-aprel aylarında respublika üzrə elektrik enerjisinin istehsalı 9 milyard 852,1 milyon kVt/saat, həmçinin aprel ayında 2 milyard 095,9 milyon kVt/saat təşkil edib.
Son xəbərlər
17:17
Çinli ekspert: "Biz ən son texnologiyalarımızın bir hissəsini bölüşməliyik"
Biznes17:15
Rəşad Abdullayev: "Litva ilə oyunda qələbə qazanmaq şansımız var"
Futbol17:11
XRG Azərbaycan və Mərkəzi Asiya ölkələrində mövqelərini möhkəmləndirməyi hədəfləyir
Energetika17:10
Foto
Video
"Birliyin Gücü - 2026": Zakir Həsənov təlimin gedişatını izləyib, məruzələri dinləyib
Hərbi17:09
QDTİB: Orta Dəhliz layihələrində investisiya çatışmazlığı 30-35 milyard dollardır
İnfrastruktur17:09
Milli Observatoriya SosialLab elmi-analitik müsabiqəyə start verib
Daxili siyasət17:07
Tramp Si Cinpinlə danışıqları barədə: möhtəşəm hadisələr gözlənilir
Digər ölkələr17:07
Yusif Abdullayev: "TDT ölkələri çoxtərəfli platformalardan fəal istifadə etməlidir"
Biznes17:07