Azərbaycana gətirilən Aİ-92 benzini gömrük rüsumundan azad edilib
Energetika
- 29 yanvar, 2022
- 13:29
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Nazirlər Kabineti “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri” haqqında qərarında dəyişiklik edib.
“Report” xəbər verir ki, Baş nazir Əli Əsədovun imzaladığı sənədə görə, Azərbaycana idxal edilən Aİ-92 oktan ədədi ilə avtomobil benzini gömrük rüsumundan azad edilib.
Dəyişikliyə əsasən, qeyd olunan benzin növü üçün hər 1000 litr üçün gömrük rüsumu 15 %-dən 0 %-ə endirilib.
Nazirlər Kabinetinin digər qərarı ilə Aİ-92 markalı benzinin idxalı zamanı aksiz vergi dərəcəsi bir ton üçün 200 manatdan 1 manata endirilib.
Bu qərar 2022-cu il 1 fevral tarixindən tətbiq olunacaq və iyunun 1-dək qüvvədə qalacaq.
Son xəbərlər
11:36
İlqar Həbiyev: "Sahilboyu ərazi ilə bağlı əsasnamə təsdiq olunacaq"
İnfrastruktur
11:30
Foto
Video
ASCO-nun "Xocalı" gəmisi RINA-nın nəzarəti ilə aralıq yoxlamadan keçib
İnfrastruktur
11:27
Rusiya və Ukrayna arasında qarşılıqlı zərbələr, Xarkovda 23 yaralı var
Digər ölkələr
11:25
Futzal üzrə Azərbaycan Yüksək Liqasında mübarizə aparacaq komandalar dəqiqləşib
Futbol
11:23
Şöbə müdiri: "Xəzərin sahilində 3 227 qanunsuz tikili aşkarlanıb"
İnfrastruktur
11:18
Tbilisidə yaşayış binasında partlayış olub, xəsarət alanlar var
Region
11:17
Simonyan: Bakı ilə sülh müqaviləsi konstitusiyamıza dəyişikliklər edildikdən sonra imzalanacaq
Region
11:17
ƏMDX: Xəzərin sahilində antropogen təsirlər və qanunsuz fəaliyyətlər mövcuddur
İnfrastruktur
11:14
PSJ Markinyosla yeni müqavilə imzalamaq istəyir
Futbol