Azərbaycan “yaşıl hidrogen”in istehsalı və nəqlində İtaliya şirkətləri ilə əməkdaşlıqda maraqlıdır

Azərbaycan “yaşıl hidrogen”in istehsalı və nəqlində İtaliya şirkətləri ilə əməkdaşlıqda maraqlıdır ​​​​​​​Azərbaycan “yaşıl enerji”nin tədarükü, “yaşıl hidrogen” istehsalı və nəqli sahəsində lazımi təcrübəyə və nou-hauya malik İtaliya şirkətləri ilə əməkdaşlıqda maraqlıdır
Energetika
18 İyul , 2024 17:54
Azərbaycan “yaşıl hidrogen”in istehsalı və nəqlində İtaliya şirkətləri ilə əməkdaşlıqda maraqlıdır

Azərbaycan “yaşıl enerji”nin tədarükü, “yaşıl hidrogen” istehsalı və nəqli sahəsində lazımi təcrübəyə və nou-hauya malik İtaliya şirkətləri ilə əməkdaşlıqda maraqlıdır.

“Report”un İqtisadiyyat Nazirliyinə istinadən verdiyi məlumata görə, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və İtaliyanın ətraf mühit və enerji təhlükəsizliyi naziri Cilberto Piketto-Fratini ilə görüşdə bildirilib.

Görüşdə energetika sahəsində əməkdaşlığın müsbət nəticələri qeyd olunub. Bildirilib ki, enerji sahəsində əməkdaşlıq ölkələr arasında ikitərəfli iqtisadi əlaqələrin mühüm hərəkətverici qüvvəsidir. Cənub Qaz Dəhlizinin seqmentlərindən biri olan Trans-Adriatik Boru Kəmərinin (TAP) həyata keçirilməsi əlaqələrimizdə mühüm tarixi mərhələdir.

Görüşdə Azərbaycan vasitəsilə Mərkəzi Asiya ölkələrindən Avropaya “yaşıl enerji”nin ixracını nəzərdə tutan layihənin “yaşıl keçid”in dəstəklənməsində önəmi vurğulanıb.

Nazirlər həmçinin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) prioritetləri, qlobal miqyasda faydaları və potensial tərəfdaşlıq imkanlarına dair fikirlərini bölüşüblər.

Son xəbərlər

Orphus sistemi