Azərbaycan və “"Vestas Wind Systems A/S" külək enerjisi əməkdaşlığını müzakirə edib

Azərbaycan və “"Vestas Wind Systems A/S" külək enerjisi əməkdaşlığını müzakirə edib Azərbaycan “Wind Systems A/S" şirkəti ilə külək enerjisindən istifadə istiqamətində əməkdaşlıq imkanları barədə müzakirələr aparıb.
Energetika
23 Yanvar , 2025 15:19
Azərbaycan və “Vestas Wind Systems A/S külək enerjisi əməkdaşlığını müzakirə edib

Azərbaycan və “Vestas Wind Systems A/S" şirkəti arasında külək enerjisindən istifadə istiqamətində əməkdaşlıq imkanları barədə müzakirələr aparılıb.

“Report” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

Nazir qeyd edib ki, bu barədə müzakirələr Davos İqtisadi Forumu çərçivəsində şirkətin vitse-prezidenti Morten Dirholm ilə görüşdə baş tutub: “Yaşıl texnologiyaların tətbiqinin əhəmiyyəti, sənayedə innovativ həllərin səmərəli nəticələri və külək enerjisindən istifadə istiqamətində şirkətlə əməkdaşlıq imkanları barədə müzakirələr apardıq”.

Son xəbərlər

Orphus sistemi