Azərbaycan Türkmənistana neft koksu satmağa başlayıb

Energetika
  • 07 fevral, 2025
  • 11:14
Azərbaycan Türkmənistana neft koksu satmağa başlayıb

Ötən ilin yanvar-noyabr aylarında Azərbaycan 15,86 milyon ABŞ dolları dəyərində 186 568 ton neft koksu ixrac edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 72 %, kəmiyyət olaraq 16 % azdır.

Hesabat dövründə Azərbaycan Çinə 8,96 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 80 % azdır) 107 092 ton (-38 %), Rusiyaya 2,23 milyon ABŞ dolları dəyərində (-58 %) 25 236 ton (+15 %), Böyük Britaniyaya 2,22 milyon ABŞ dolları dəyərində (-52 %) 27 705 ton (+15 %), Misirə 1,34 milyon ABŞ dolları dəyərində 14 891 ton (bir il əvvəl tədarük olmayıb), Qazaxıstana 879 min ABŞ dolları dəyərində (-36 %) 9 170 ton (+2,7 dəfə) məhsul satıb.

Ötən il son 13 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Türkmənistana tədarük (216 min ABŞ dolları dəyərində 2 397 ton) həyata keçirilib.

2023-cü ildə Azərbaycandan 4 ölkəyə ixrac edilmiş 232 min ton neft koksunun 77,2 %-i Çinin payına düşüb.