Azərbaycan təbii qaz ehtiyatlarının hasilata nisbətinə görə dünyada ən yüksək olan ölkələr sırasındadır

Azərbaycan təbii qaz ehtiyatlarının hasilata nisbətinə görə dünyada ən yüksək olan ölkələr sırasındadır Azərbaycanın 2,4 trilyon kubmetr (qlobal ehtiyatların təqribən 1,4 %-i) böyük təbii qaz ehtiyatları var və ehtiyatlarının hasilata nisbətinə görə dünyada ən yüksək olan ölkələr sırasındadır.
Energetika
24 Oktyabr , 2022 17:31
Azərbaycan təbii qaz ehtiyatlarının hasilata nisbətinə görə dünyada ən yüksək olan ölkələr sırasındadır

Azərbaycanın 2,4 trilyon kubmetr (qlobal ehtiyatların təqribən 1,4 %-i) böyük təbii qaz ehtiyatları var və ehtiyatlarının hasilata nisbətinə görə dünyada ən yüksək olan ölkələr sırasındadır.

Bu barədə "Report" Dünya Bankının araşdırmasına istinadən xəbər verir.

"Bu isə Azərbaycanın hasilatın artırılması üçün potensiala malik olduğunu göstərir. Beləliklə, qaz gəlirləri neftlə müqayisədə daha az gəlir gətirsə də, Azərbaycan üçün neftdən daha davamlı iqtisadi fəaliyyət və gəlir mənbəyidir. Bundan əlavə, o Azərbaycanda hidrogen sənayesinin inkişafına da kömək edə bilər", - Dünya Bankının iqdisadçıları hesab edir.

Hesabata görə, təbii qaz kömürlə müqayisədə CO2 emissiyasının təxminən yarısına səbəb olur və buna görə də digər karbohidrogen mənşəli yanacaqlardan daha yaxşı perspektivlərə malikdir: "Nəticə etibarilə, təbii qaza tələbatın indiki səviyyələrə yaxın qalacağı və ya gələcəkdə daha da artacağı, xüsusən də Asiya regionunda tələbatının artacağı gözlənilir".

Dünya Bankı hesab edir ki, təbii qazın daxili istehlakının azaldılması Azərbaycana təbii qaz ixracını artırmağa imkan verərdi: "Bundan əlavə, külək və günəş texnologiyalarının qiymətində davam edən azalma, xüsusən neft və qaz sənayesi ilə müqayisədə bərpa olunan enerji mənbələrinə investisiyaları cəlbedici edir. Bərpa olunan enerji mənbələrindən elektrik enerjisinin istehsalının artırılması karbonsuz elektrik enerjisinin ixracını artırmağa imkan verməklə yanaşı, karbon qiymətlərinin daha da geniş yayılacağı təqdirdə əlavə qiymət artımına gətirib çıxarardı. Bundan əlavə, bərpa olunan enerjidən yaşıl hidrogen istehsal etmək üçün istifadə edilə bilər ki, bu da Azərbaycan üçün başqa bir potensial imkandır".

Energetika Nazirliyinin məlumatına görə, Azərbaycanın təqribən 23 000 MVt texniki günəş potensialı, 3 000 MVt külək potensialı və 500 MVt-dan çox su enerjisi potensialı var. Bununla belə, hazırkı qiymətlərlə iqtisadi cəhətdən sərfəli olan həcm daha azdır, hesabatda deyilir.

"Müqayisə üçün qeyd edək ki, hazırda Azərbaycanın elektrik stansiyalarının ümumi gücü təxminən 7 500 MVt təşkil edir və onun da əhəmiyyətli hissəsi təbii qazla çalşır", - araşdırmada deyilir.

Son xəbərlər

Orphus sistemi