Baş nazir: Azərbaycanın Gürcüstana investisiyaları 4 milyard dollara çatıb
- 30 oktyabr, 2026
- 10:36
Yeniliklərdən dərhal xəbərdar olun!
İnvestisiya sahəsində Azərbaycanla Gürcüstan arasında əməkdaşlıq yaxşı dinamika nümayiş etdirir və Azərbaycan Gürcüstana ən çox sərmayə yatıran ölkədir - 4 mlrd. dollara yaxın.
"Report"un məlumatına görə, bunu Baş nazir Əli Əsədov Siqnaxidə Azərbaycan-Gürcüstan iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın 11-ci iclasında çıxış edərkən deyib.
O qeyd edib ki, Gürcüstan Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir və cari ilin 9 ayı ərzində ticarət dövriyyəsi 42 % artaraq ötən ilin ümumi göstəricisini üstələmiş və 1 mlrd. dollara yaxınlaşıb.
Ə. Əsədov nəqliyyat-tranzit sahəsinin iki ölkə arasında əməkdaşlığın ən vacib istiqamətlərindən biri olduğunu deyib:
"Ölkələrimiz Orta Dəhlizin inkişafı naminə birgə səylərini davam etdirirlər. Orta Dəhlizin vacib hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolunun tam potensialı ilə istismara verilməsi və yükaşırma qabiliyyətinin 5 milyon tonadək artırılması uğurlu işbirliyimizin bariz nümunəsidir".