Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyasının 17-ci iclasının 2020-ci ildə Nur-Sultanda keçirilməsi barədə razılığa gəlinib.
"Report" xəbər verir ki, bu barədə Bakıda keçirilən Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyanın 16-cı iclasında qeyd edilib.
İclasın sonunda protokol imzalanıb. Sənədi hökumətlərarası komissiyanın həmsədləri-Azərbaycanın Energetika naziri
İclasda Azərbaycan energetika naziri Pərviz Şahbazov bildirib ki, 1995-ci ildən indiyədək Azərbaycanın Qazaxıstana investisiyasının həcmi 200 mln.dollar, Qazaxıstanın Azərbaycana investisiyasının həcmi isə 83 mln.dollar təşkil edib.
Nazir qarşılıqlı investisiya üçün böyük potensial olduğunu vurğulayıb:"Azərbaycanla Qazaxıstan dost və qardaş ölkələr olmaqla bərabər, strateji tərəfdaşdırlar.İki il əvvəl imzalanmış yol xəritəsinin ticari-iqtisadi əlaqələrin davamlı genişləndirilməsi və ölkələrimiz arasında ticarət dövriyyəsinin artırılması hədəfi üzrə mühüm addımlar atılır. İki ölkə arasında ötən il ticarət döviyyəsi 55,4% artaraq, təxminən 221 mln. ABŞ dollarına yaxın olub. 2018-ci iləd ixrac 36,1%, idxal 61,5% artıb.Cari ilin 8 ayı ərzində də ticarət dövriyyəsinin həcmində 11% artım qeydə alınıb və bu dövrdə ticarət dövriyyəsinin həcmi 168 mln. dollar təşkil edib”,- nazir qeyd edib.