Martın 18-də Bakıda keçiriləcək OPEC və qeyri-OPEC ölkələri Nazirlərin Birgə Monitorinq Komitəsinin (JMMC) 13-cü iclasında 14 neft ölkəsi və OPEC Katibliyi yüksək səviyyədə təmsil olunacaq.
Azərbaycan Energetika Nazirliyindən “Report”a verilən məlumata görə, bu tədbir Azərbaycan Prezidenti
Neft bazarında balansın qorunması və qiymət sabitliyinə nail olmaq məqsədilə Azərbaycan OPEC+ əməkdaşlığı çərçivəsində fəal rolunu bu gün də davam etdirərək, bu formatda keçirilən tədbirlərə ev sahibliyi edir və neft bazarının tənzimlənmə prosesinə töhfə verir”.
Nazirlərin Birgə Monitorinq Komitəsinin 13-cü (JMMC) iclasında OPEC-in Baş katibi Məhəmməd Barkindo ilə yanaşı, OPEC prezidenti, Venesuelanın neft naziri və Dövlət Neft Şirkətinin prezidenti Manuel Kevedo Fernandes,JMMC-nin sədri, Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri Xalid Əbdüləziz Əl Falih iştirak edəcək.
Tədbirə həmçinin OPEC üzvləri Əlcəzair, BƏƏ, Küveyt, İraq, Liviya, Nigeriya, Konqo, qeyri-OPEC ölkələrindən isə Rusiya, Qazaxıstan, Bəhreyn və Bruneyin nazir və yüksək səviyyəli nümayəndə heyəti qatılacaq.
İclasda Azərbaycanın energetiika naziri
Sonra OPEC-in bazarın inkişaf tempinin təhlili əsasında hazırlanmış təqdimatı və Müştərək Texniki Komissiyanın fevral ayı üzrə hasilat göstəricilərindən bəhs edən hesabatı dinləniləcək.
İcasın yekunlarına dair mətbuat konfransı keçiriləcək. Tədbiri işıqlandırmaq üçün 20-dən çox xarici media orqanı və yerli KİV-in 180 nəfərə yaxın nümayəndəsi qeydiyyatdan keçib.
Qeyd edək ki, Nazirlərin Birgə Monitorinq Komitəsinin iclasından bir gün əvvəl - martın 17-də Bakıda Müştərək Texniki Komissiyasının (JTC) 27-ci iclası da keçiriləcək.