Bakı. 26 dekabr. REPORT.AZ/ “Bu gün dünyanın enerji xəritəsində bir növ Rusiya-Türkiyə-Azərbaycan əməkdaşlıq formatı yaranıb. Bu əməkdaşlığın həm ikitərəfli, həm də üçtərəfli planda böyük perspektivləri var”.
“Report” xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti
“Biz enerji layihələrimizi hələ 2000-ci ilin əvvəllərində neft-qaz kəmərlərinin tikintisi ilə həyata keçirməyə başlamışıq. Çünki dünya bazarlarına çıxmaq üçün biz mütləq infrastruktur qurmalı idik. Bizim açıq okeana çıxmaq imkanımız yoxdur. Rusiya nisbətən yaxın vaxtlarda bu istiqamətdə addımlar atıb. Hərçənd biz xatırlayırıq ki, xeyli illər əvvəl “mavi axın” layihəsi gerçəkləşdirilmişdi. Bu barədə indi bir az unudublar. Amma axı bu da Rusiyadan Türkiyəyə Qara dənizin dibi ilə qaz kəmərinin inşası layihəsi idi. Yəni, prinsipcə, bu il “Türk axını”nın dəniz fazasının açılmasında yeni heç nə yoxdur. Sadəcə, Rusiya ilə Türkiyənin yüksək səviyyədə qarşılıqlı siyasi fəaliyyəti bu layihənin reallaşmasına, yaxud da gerçəkləşməsini sürətləndirməyə imkan verib. Buna görə də biz Rusiya və Türkiyənin dostları kimi bu layihəni alqışladıq və həmin layihənin açılış mərasimində yüksək hökumət səviyyəsində iştirak etdik”, - Azərbaycan Prezidenti qeyd edib.
O, həmçinin bildirib ki, “Cənub Qaz Dəhlizi” layihəsinə gəlincə, bu ilin mayında həmin layihə rəsmən işə düşüb. “Bu, özündə dörd mühüm müstəqil layihəni birləşdirən layihədir. Bu, iri “Şahdəniz” qaz-kondensat yatağının işlənilməsi və inteqrasiya olunmuş üç qaz kəmərinin tikintisidir. Bu gün bu layihənin dörd seqmentindən üçü artıq reallaşıb və mayda Cənub Qaz Dəhlizinin rəsmi açılışından sonra iyunda TANAP layihəsinin açılışı oldu. Beləliklə, biz Türkiyə, daha sonra isə Avropa bazarlarına daha böyük həcmdə qaz nəql edəcəyik. Bu da bizim siyasətimizin davamıdır, çünki hələ 2007-ci ildə biz Bakıdan Türkiyənin Ərzurum şəhərinə qədər qaz kəməri açmışıq və Türkiyə bazarına qaz ixracatçısıyıq. Cənub Qaz Dəhlizi bizə Türkiyə bazarına qazın ixracını iki dəfə artırmağa, eləcə də Türkiyənin ətrafındakı ölkələrin bazarlarına, sonra isə Qərbi Avropaya çıxmağa imkan verəcək. Bu, bizə böyük qaz potensialımızı reallaşdırmaq imkanı verəcək, xəzinəmizə milyardlarla dollar gətirəcək”, -İlham Əliyev deyib.
Dövlət başçısı vurğulayıb ki, bu, artıq on minlərlə iş yeri yaradıb və əlbəttə ki, Avrasiyanın tamamilə yeni enerji xəritəsini yaradır: “Azərbaycanın, Rusiyanın və Türkiyənin bu istiqamətdə səylərini birləşdirməsi bizə nəinki planlarımızı tamamilə reallaşdırmağa, maraqlarımızı təmin etməyə imkan verəcək, həm də enerji ehtiyatlarımızın və nəqliyyatın inkişafı baxımından çox gözlənilən siyasət deməkdir”.