Azərbaycan Portuqaliyaya neft ixracını 65 %-ə yaxın artırıb
- 20 iyun, 2025
- 15:59
Bu ilin yanvar-may aylarında Azərbaycan Portuqaliyaya 576 min 34,9 ton xam neft ixrac edib.
“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu həcmdə məhsulun dəyəri 310 milyon 369,1 min ABŞ dolları təşkil edib.
Ötən ilin 5 ayı ilə müqayisədə ixrac olunmuş məhsulun həcmi 64,6 %, dəyəri isə 37,7 % artıb.
Portuqaliyaya tədarük edilən xam neftin Azərbaycanın ümumi neft ixracında payı 5,6 % olub.
Bu ilin yanvar-may aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan 5 milyard 642 milyon 731,3 min ABŞ dolları dəyərində 10 milyon 363 min 108,8 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edib.
Hesabat dövründə Azərbaycan xarici ölkələrlə 20 milyard 966 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 11 milyard 1,1 milyon ABŞ dolları ixracın, 9 milyard 964,8 milyon ABŞ dolları isə idxalın payına düşüb.