Azərbaycan polietilen ixracından gəlirini 2 dəfədən çox artırıb

Energetika
  • 30 noyabr, 2021
  • 12:28
Azərbaycan polietilen ixracından gəlirini 2 dəfədən çox artırıb

Bu ilin oktyabr ayında Azərbaycan 10,9 milyon ABŞ dolları dəyərində xüsusi kütləsi 0,94-dən çox olan ilkin formalı polietilen ixrac edib.

“Report”un məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2021-ci ilin moyabr sayında bildirilir.

Sənədə əsasən, bu, ötən ilin eyni ayı ilə müqayisədə 10,7 milyon ABŞ dolları və ya 54,5 dəfə çoxdur.

Bundan başqa, ötən ay Azərbaycan 8,6 milyon ABŞ dolları dəyərində xüsusi kütləsi 0,94-dən az olan ilkin formalı polietilen ixrac edib. Bu, ötən ilin eyni ayı ilə müqayisədə 7,4 milyon ABŞ dolları və yaxud 7,2 dəfə çoxdur

Bu ilin yanvar-oktyabr aylarında isə Azərbaycan 61,2 milyon ABŞ dolları dəyərində xüsusi kütləsi 0,94-dən çox olan ilkin formalı polietilen ixrac edib. Bu, ötən ilin eyni ayları ilə müqayisədə 32,2 milyon ABŞ dolları və yaxud 2,1 dəfə çoxdur

Eyni zamanda, 10 ay ərzində Azərbaycan 80,4 milyon ABŞ dolları dəyərində xüsusi kütləsi 0,94-dən az olan ilkin formalı polietilen ixrac edib. Bu, ötən ilin eyni ayları ilə müqayisədə 48,9 milyon ABŞ dolları və yaxud 2,6 dəfə çoxdur

Xatırladaq ki, Azərbaycanda polietilen və polipropilen "SOCAR Polymer" zavodunda istehsal edilir. “SOCAR Polymer" layihəsinə illik istehsal gücü 184 min ton olan Polipropilen zavodu və illik istehsalı 120 min ton təşkil edən Yüksəksıxlıqlı Polietilen zavodu daxildir. Polipropilen zavodunun açılışı 2018-ci il iyulun 18-də Azərbaycan Prezidenti İlham Əliyev və İtaliya Prezidenti Sercio Mattarellanın iştirakı ilə olub. Həmin ilin oktyabrın 5-dən isə polipropilenin ixracına başlanılıb.

Son xəbərlər

Bütün Xəbər Lenti