Azərbaycan ötən il magistral neft kəmərlərindən əldə etdiyi gəliri açıqlayıb
Energetika
- 05 may, 2025
- 13:27
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Ötən il Azərbaycan Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri daxil olmaqla magistral neft kəmərlərinin fəaliyyətindən 1 milyard 58 milyon 72,5 min manat (cari məzənnə ilə 622,4 milyon ABŞ dolları) gəlir əldə edib.
Bu barədə “Report”a Dövlət Statistika Komitəsindən məlumat verilib.
Məlumata görə, bu, 2023-cü ilin göstəricisi ilə müqayisədə 4 % azdır.
2024-cü ildə magistral neft kəmərləri şəbəkəsində itkilər 2023-cü ildəki 3,8 min tonla müqayisədə 18,4 % artaraq 4,5 min ton təşkil edib.
Xatırladaq ki, hesabat ilində magistral neft kəmərləri ilə 38 milyon 752,1 min ton neft nəql olunub ki, bu da 2023-cü ilin göstəricisi ilə müqayisədə 2,5 % azdır. Nəqlin ümumi həcmində təxminən 76 % BTC-nin payına düşüb.
Son xəbərlər
05:43
NYT: ABŞ və İsrail Konqresə seçkilərdən sonra İrana yeni zərbələr planı hazırlayır
Digər ölkələr
05:09
WSJ: ABŞ Yaxın Şərqdə hərbi gəmilərin sayını artıra bilər
Digər ölkələr
04:32
Mourinyo "Real"ın ÇL-dəki qələbəsindən sonra Valverdenin oyununu yüksək qiymətləndirib
Futbol
04:12
ABŞ Yaxın Şərqdəki bazalardakı hərbi mövcudluğunu azaldır
Digər ölkələr
03:49
Yasamal və Binəqədinin bir hissəsində işıq olmayacaq
Energetika
03:33
Fransanın iri şəhərlərinin təcridxanaları kütləvi iğtişaşlar fonunda dolub
Digər ölkələr
03:03
WP: Pentaqon Çinlə iqtisadi mübarizə üçün agent kəşfiyyatı yaratmağı planlaşdırır
Digər ölkələr
02:32
Zelenski Norveçlə birlikdə HHM sahəsində üç birgə layihənin hazırlandığını bildirib
Digər ölkələr
02:09
ABŞ-də 2027-ci ilin oktyabrınadək muxtar döyüş sistemləri komandanlığı yaradılacaq
Digər ölkələr