1995-ci ildən bu günə qədər dünya bazarında Azərbaycan neftinin 1 barelinin orta illik qiyməti 58,9 ABŞ dolları təşkil edib.
"Report" xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaya və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında - "2025-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi ilə bağlı müzakirələrdə Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib.
"Son 20 il ərzində Azərbaycan neftinin ən aşağı orta illik qiymət 43,2 ABŞ dolları olub. Biz neftin orta illik qiyməti götürməliyik. Gələn ilin dövlət büdcəsində neftin qiyməti 1 barel üçün 70 ABŞ dolları nəzərdə tutulub. Hansısa gün qiymət 69 ABŞ dolları olarsa, bundan təşvişə düşmək lazım deyil. Ümumiyyətlə isə cari əməliyyatlar balansının profisitli olması üçün qiymətin 40-45 ABŞ dolları olması bəs edir", - deyə o qeyd edib.