Azərbaycan neftinin qiyməti yenidən 45 dolları ötüb

Azərbaycan neftinin qiyməti yenidən 45 dolları ötüb Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 1,05% artıb
Energetika
514
24 İyul , 2020 10:29
Azərbaycan neftinin qiyməti yenidən 45 dolları ötüb

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 0,47 ABŞ dolları, yaxud 1,05% artıb.

"Report" xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 45,14 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin ən aşağı qiyməti 2020-ci ilin aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi