Azərbaycan neftçilərinin Vətən müharibəsindəki iştirakına həsr olunan videoçarx hazırlanıb

Azərbaycan neftçilərinin Vətən müharibəsindəki iştirakına həsr olunan videoçarx hazırlanıb 8 noyabr Zəfər günü həsr olunmuş neftçilər haqqında videoçarx təqdim olunub
Energetika
6 Noyabr , 2021 17:20
Azərbaycan neftçilərinin Vətən müharibəsindəki iştirakına həsr olunan videoçarx hazırlanıb

Azərbaycan neftçilərinin Vətən müharibəsindəki iştirakına həsr olunan videoçarx təqdim olunub.

“Report” xəbər verir ki, 8 dəqiqəlik videoçarxda zəhmətkeş peşə sahiblərinin əmək meydanında fədakar, hünər meydanında canını əsirgəməyən qəhrəman olmalarından bəhs edilir.

Sülh vaxtında dalğalı Xəzərə sinə gələn neftçilər Vətənin dara düşdüyü zamanlarda ön və arxa cəbhədə fədakarlıq göstəriblər.

1941-1945-ci illərdəki II Dünya Müharibəsi zamanı onlar yüz minlərlə azərbaycanlı kimi cəbhəyə yollanıblar. Onların arxa cəbhədə qalan peşə yoldaşları gecə-gündüz demədən çalışaraq rekord həddə neft hasil etməklə faşizm üzərində qələbənin əldə olunmasında əvəzsiz pay sahibi olublar.

Neftçilərimiz ötən əsrin sonlarında Azərbaycana qarşı ərazi iddiaları ilə baş qaldıran erməni faşizminə qarşı mübarizədə yenə iki səngərdə mücadilə edirdilər.

Atəşkəs dövründə dənizin dibindən və yerin tərkindən qara qızıl çıxardan neftçilərimizin gərgin əməyi ölkəmizin gücünə güc qatdı.

Nəhayət, tarixi ədalətin bərqərar olacağı o gün yetişdi. 27 sentyabr 2020-ci ildə düşmənin növbəti təxribatına cavab olaraq əks həmlə əməliyyatları başlandı. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuz Vətən müharibəsinə qalxdı. Yüzlərlə neftçi silaha sarılaraq ön cəbhəyə yollandı. 44 günlük Zəfər yolunda 6 neftçi canını Vətən üçün fəda edərək şəhidlik zirvəzinə ucaldı.

Son xəbərlər

Orphus sistemi