Azərbaycan neft idxalını 30 %-dən çox azaldıb

Energetika
  • 20 iyun, 2024
  • 08:06
Azərbaycan neft idxalını 30 %-dən çox azaldıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycan 256 milyon 154,9 min ABŞ dolları dəyərində 466 min 813,93 ton neft idxal edib.

Bu barədə “Report”a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu ilin ilk 4 ayında neft idxalı kəmiyyət ifadəsində 30,5 %, dəyər ifadəsində 33,2 % azalıb.

İdxal strukturunda tədarükün böyük hissəsi Rusiyadan olub. Bu ölkədən hesabat dövründə 201 milyon 876,31 min ABŞ dolları (22,3 % çox) məbləğində 376 min 941,77 ton neft (26,5 % çox) idxal edilib.

Hesabat dövründə Azərbaycan Qazaxıstandan 18 milyon 970,83 min ABŞ dolları məbləğində 28 min 804,35 ton, Türkmənistandan isə 35 milyon 307,75 min ABŞ dolları dəyərində 61 min 67,82 ton neft idxal edib.

Xatırladaq ki, Azərbaycan 2023-cü ildə 1 milyard 77 milyon 237,6 min ABŞ dolları məbləğində (2022-ci illə müqayisədə 2,4 dəfə çox) 1 milyon 917 min 793,68 ton (2022-ci illə müqayisədə 2,9 dəfə çox) neft idxal edib.

2023-cü ildə Rusiyadan neft idxalı 729 milyon 263,74 min ABŞ dolları məbləğində (5,5 dəfə çox) 1 milyon 303 min 999,1 ton (6,6 dəfə çox) təşkil edib.

Son xəbərlər

Bütün Xəbər Lenti