Azərbaycan metanol ixracından qazancını açıqlayıb

Energetika
  • 01 sentyabr, 2023
  • 07:07
Azərbaycan metanol ixracından qazancını açıqlayıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycan xarici ölkələrə 52,9 milyon ABŞ dolları dəyərində metanol (metil spiriti) ixrac edib.

“Report”un məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın avqust sayında bildirilib.

Bu, 2022-ci ilin ilk 7 ayının göstəricisi ilə müqayisədə 28,4 milyon ABŞ dolları və yaxud 34,9 % azdır.

Hesabat dövründə Azərbaycanın ümumi ixracı 20,8 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac isə 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 17,8 % artaraq 2 milyard ABŞ dolları təşkil edib.

Qeyd edək ki, metanol Bakının Qaradağ rayonundakı Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Metanol Zavodunda istehsal edilir. 2013-cü ildə istismara verilmiş zavod 2016-cı ildənn SOCAR-ın törəmə müəssisəsi - “SOCAR Methanol” MMC-nin idarəçiliyi altında fəaliyyət göstərir, 2017-ci ilin avqust ayından isə şirkətin mülkiyyətinə keçib. Müəssisə illik 650-700 min ton metanol istehsal etmək gücünə malikdir. İstehsalatda xammal olaraq təbii qaz və duzlaşdırılmış su istifadə olunur.

44 - Tezliklə