Azərbaycan Litvaya sürtkü yağları ixrac etməyə başlayıb
- 26 fevral, 2024
- 09:20
Yeniliklərdən dərhal xəbərdar olun!
2023-cü ildə Azərbaycan 52 milyon ABŞ dolları dəyərində 45 min 994 ton sürtkü yağları ixrac edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin göstəricisindən dəyər ifadəsində 40 %, kəmiyyət olaraq – 53 % çoxdur.
Hesabat dövründə Azərbaycan Türkiyəyə 9,6 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 24 % azdır) 8 min 754 ton (-27 %), Ukraynaya 10,6 milyon ABŞ dolları dəyərində (+76 %) 9 min 827 ton (+2,1 dəfə), Gürcüstana 7,3 milyon ABŞ dolları dəyərində (+2,3 dəfə) 7 min 568 ton (+2,2 dəfə), Bolqarıstana 5,7 milyon ABŞ dolları dəyərində (+9 dəfə) 6 min 216 ton (+14 dəfə), İraqa 4,95 milyon ABŞ dolları dəyərində (+43 %) 3 min 639 ton (+59 %) məhsul satıb.
Ötən il son 13 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Litvaya (242 min ABŞ dolları dəyərində 251 ton) tədarük həyata keçirilib.