Azərbaycan iki ölkədən propilen idxalını bərpa edib

Energetika
  • 02 may, 2023
  • 09:48
Azərbaycan iki ölkədən propilen idxalını bərpa edib

Bu ilin yanvar-fevral aylarında Azərbaycandan xaricə 13,1 milyon ABŞ dolları dəyərində 10 min 326 ton propilen göndərilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 53 %, kəmiyyət olaraq – 98,5 % çoxdur.

Azərbaycan Rusiyaya 12,71 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 72 % çoxdur) 9 min 981 ton (+2,3 dəfə), Özbəkistana 184 min ABŞ dolları dəyərində 147 ton (bir il əvvəl tədarük olmayıb), Belarusa 112 min ABŞ dolları dəyərində (-67 %) 85 ton (-55,5 %) və Türkiyəyə 82,7 min ABŞ dolları dəyərində (-90 %) 114 ton (-81 %) məhsul satıb.

Hesabat dövründə Azərbaycana 781,22 min ABŞ dolları dəyərində (+6,7 %) 470 ton propilen (+47 %) idxal edilib.

Azərbaycana Səudiyyə Ərəbistanından 276,21 min ABŞ dolları dəyərində (+51 %) 216 ton (+2,3 dəfə), İrandan 137,81 min ABŞ dolları dəyərində 270 ton, Türkiyədən 82,93 min ABŞ dolları dəyərində (-65,6 %) 39,1 ton (-55,2 %), Koreyadan 70,14 min ABŞ dolları dəyərində (-58,6 %) 45,25 ton (-46,8%), İspaniyadan 37,48 min ABŞ dolları dəyərində 24,75 ton məhsul gətirilib.

Dörd il 4 aylıq fasilənin ardından İspaniyadan, 1 il 6 aylıq aradan sonra İrandan tədarük bərpa edilib.