Azərbaycan enerji ixracını 23 % artırıb
- 15 avqust, 2023
- 08:56
Bu ilin yanvar-iyul aylarında Azərbaycanın elektrik enerjisinin ixracı 1 milyard 277,3 milyon kVt/saat təşkil edib.
“Report”un Energetika Nazirliyinə istinadən verdiyi məlumata görə, bu barədə nazirliyin 7 ay üzrə elektrik enerjisinə dair açıqladığı operativ məlumatlarda deyilir.
Bu, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 239,6 milyon kVt/saat və ya 23,1 % çoxdur.
Bu müddət ərzində ölkənin elektrik enerji idxalı isə 157,6 milyon kVt/saat olub ki, bu da 2022-ci ilin 7 ayı ilə müqayisədə 74,1 milyon kVt/saat və ya 88,7 % çoxdur.
İyul ayında isə elektrik enerjisinin idxalı 19,7 milyon kVt/saat, ixrac isə 12,4 milyon kVt/saat təşkil edib. Bu da 2022-ci ilin iyul ayının göstəriciləri ilə müqayisədə müvafiq olaraq 58,9 % çox və 30,1 dəfə az olub.
Xatırladaq ki, 2022-ci ilin yanvar-iyul ayları üzrə Azərbaycanın elektrik enerjisinin ixracı 1 milyard 037,7 milyon kVt/saat, idxalı isə 83,5 milyon kVt/saat olub. Ötən ilin iyul ayında isə elektrik enerjisinin idxalı 12,4 milyon kVt/saat, ixrac isə 374,2 mln kVt/saat təkil edib