Azərbaycan elektrik enerjisinin ixracını 6,2 mln kVt/s artırıb

Azərbaycan elektrik enerjisinin ixracını 6,2 mln kVt/s artırıb İki ayda elektrik enerjisinin idxalı 21,1 mln kVt/s, ixracı isə 333,9 mln kVt/s olub
Energetika
19 Mart , 2021 11:58
Azərbaycan elektrik enerjisinin ixracını 6,2 mln kVt/s artırıb

Elektrik enerjisinə dair operativ məlumatlara əsasən, cari ilin fevral ayında respublika üzrə elektrik enerjisinin istehsalı 2 mlrd 192,4 mln kVt/s, ixracı 158,8 mln kVt/s, idxalı isə 10,1 mln kVt/s olub.

Bu barədə “Report”a Azərbaycan Energetika Nazirliyindən məluymat verilib.

Məlumatda deyilir ki, cari ilin yanvar-fevral aylarında isə respublikada elektrik enerjisinin istehsalı 4 mlrd 560,8 mln kVt/s olub. Hesabat dövründə ötən ilin 2 ayına nisbətən elektrik enerjisinin istehsalı İES-lərdə 125,7 mln kVt/s azalaraq 4 mlrd 364,2 mln kVt/s, SES-lərdə 13,8 mln kVt/s artaraq 140,7 mln kVt/s olub, digər mənbələr (KES, GES və BMTYZ) üzrə isə 55,9 mln kVt/s təşkil edib.

Bu dövrdə külək elektrik stansiyalarında 15,07 mln kVt/s, günəş elektrik stansiyalarında 5,5 mln kVt/s, bərk məişət tullantılarının yandırılması zavodunda 35,34 mln kVt/s elektrik enerjisi istehsal edilib.

İki ay ərzində elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 4 mlrd 121,2 mln kVt/s (İES-lərdə 3 mlrd 993,3 mln kVt/s, SES-lərdə 127,9 mln kVt/s), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 54,1 mln kVt/s (İES-lərdə 37,9 mln kVt/s, SES-lərdə 11,1 mln kVt/s, Günəş ES-də 5,1 mln kVt/s), müstəqil elektrik stansiyaları üzrə 374,7 mln kVt/s, “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında isə 10,79 mln kVt/s təşkil edib.

Hesabat dövründə elektrik enerjisinin idxalı 21,1 mln kVt/s olub.

İrandan 5,8 mln kVt/s, Rusiyadan 15,3 mln kVt/s, Gürcüstandan isə 0,02 mln kVt/s elektrik enerjisi idxal edilib.

Bu dövrdə elektrik enerjisinin ixracı 333,9 mln kVt/s olmaqla, ötən ilin müvafiq dövrünə nisbətən 6,2 mln kVt/s artıb. İrana 5,9 mln kVt/s, Türkiyəyə 12,7 mln kVt/s, Rusiyaya 14,7 mln kVt/s, Gürcüstana isə 300,6 mln kVt/s elektrik enerjisi ixrac edilib.

Son xəbərlər

Orphus sistemi