Azərbaycan elektrik enerjisinin ixracını 41 % artırıb, idxalını isə 2,7 % azaldıb

Energetika
  • 21 fevral, 2022
  • 08:10
Azərbaycan elektrik enerjisinin ixracını 41 % artırıb, idxalını isə 2,7 % azaldıb

Bu ilin yanvar ayında elektrik enerjisinin ixracı 247,2 milyon kVt/saat olmaqla, 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 72,1 milyon kVt/saat (41,2 %) artıb.

“Report”un Energetika Nazirliyinə istinadən verdiyi məlumata görə, elektrik enerjisinin idxalı isə 10,7 milyon kVt/saat olmaqla, 2021-ci ilin müvafiq dövrünə nisbətən 0,3 milyon kVt/saat (2,7 %) azalıb.

Yanvar ayında Azərbaycanda ümumi elektrik enerjisinin istehsalı 2 milyard 556,6 milyon kVt/saat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə istehsalın 188,2 milyon kVt/saat, yaxud 7,9 % çoxdur.

Hesabat dövründə ötən ilin yanvar ayına nisbətən elektrik enerjisinin istehsalı İstilik Elektrik Stansiyalarında (İES) 190,3 milyon kVt/saat artaraq 2 milyard 450,3 milyon kVt/saat, Su Elektrik Stansiyalarında (SES) 3,4 milyon kVt/saat artaraq 81,6 milyon kVt/saat, digər mənbələr (Külək Elektrik Stansiyalarında (KES), Günəş Elektrik Stansiyalarında (GES) və Bərk Məişət Tullantılarının Yandırılması Zavodu (BMTYZ) üzrə isə 5,5 milyon kVt/saat azalaraq 24,7 milyon kVt/saat olub.

Külək elektrik stansiyalarında 6,7 milyon kVt/saat, günəş elektrik stansiyalarında 3,3 milyon kVt/saat, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 14,7 milyon kVt/saat elektrik enerjisi istehsal edilib.

Bu dövrdə elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 2 milyard 333,5 milyon kVt/saat (İES-lərdə 2 256,2 milyon kVt/saat, SES-lərdə 77,3 milyon kVt/saat), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 29,17 milyon kVt/saat (İES-lərdə 23,27 milyon kVt/saat, SES-lərdə 2,86 milyon kVt/saat, GES-də 3,04 milyon kVt/saat), “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 3,82 milyon kVt/saat, müstəqil elektrik stansiyaları üzrə 190,1 milyon kVt/saat təşkil edib.

Son xəbərlər

Bütün Xəbər Lenti