Azərbaycan daha bir ölkəyə metanol satmağa başlayıb

Energetika
  • 31 oktyabr, 2022
  • 06:14
Azərbaycan daha bir ölkəyə metanol satmağa başlayıb

Bu ilin ilk 8 ayında Azərbaycandan xaricə 92,504 milyon ABŞ dolları dəyərində 319 min 882 ton metanol (metil spirti) göndərilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 2,8 dəfə, kəmiyyət olaraq – 94 % çoxdur.

Hesabat dövründə Türkiyəyə 27,467 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 73 % çoxdur) 90 min 329 ton (+13,7 %), Niderlanda 26,754 milyon ABŞ dolları dəyərində (+5,5 dəfə) 96 min 285 ton (+4 dəfə), Rumıniyaya 18,744 milyon ABŞ dolları dəyərində (+7,7 dəfə) 65 min 458 ton (+5,3 dəfə), İtaliyaya 8,215 milyon ABŞ dolları dəyərində (+2,9 dəfə) 28 min 732 ton (+2 dəfə), İspaniyaya 6,666 milyon ABŞ dolları dəyərində 22 min 609 ton (bir il əvvəl tədarük olmayıb) məhsul satılıb.

Bu il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Türkmənistana tədarük həyata keçirilib. Həmin ölkəyə 8,85 min ABŞ dolları dəyərində 26,83 ton metil spirti satılıb.

Qeyd edək ki, Azərbaycanın ötən il ixrac etdiyi (9 ölkəyə) 357,72 min ton metanolun 45,2 %-i Türkiyənin, 14,8 %-i Niderlandın, 9,2 %-i İsrailin payına düşüb.