Azərbaycan 4 ölkəyə xam neft ixracını bərpa edib
- 16 dekabr, 2021
- 11:02
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 11 milyard 220,1 milyon ABŞ dolları dəyərində 23 milyon 800 min 444,38 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edib ki, bu da əvvəlki ilin analoji dövrü ilə müqayisədə dəyər ifadəsində 32,35 % çoxdur, kəmiyyət olaraq – 8,5 % azdır.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, hesabat dövründə Azərbaycan 26 ölkəyə xam neft və xam neft məhsulları ixrac edib. Birillik ardan sonra Kanadaya, ikiillik – İndoneziyaya, üçilik fasilənin ardından İsveçrəyə və dördillik – İrlandiyaya tədarük bərpa edilib.
2021-ci ilin ilk 10 ayında xam neft və xam neft məhsulları ixrac etdiyimiz ölkələr:
| Ölkə | Ton | İllik dinamika | Dəyər min ABŞ dolları | İllik dinamika |
| İtaliya | 11 408 096,26 | 5,3 % | 5 337 711,07 | 38,9 % |
| Xorvatiya | 1 530 609,2 | -2,03 % | 751 238,16 | 67,4 % |
| İsrail | 1 256 823,2 | 16,84 % | 611 729,32 | 49,79 % |
| İspaniya | 1 270 845,01 | 26,31 % | 552 660,7 | 68,67 % |
| Portuqaliya | 1 077 855,7 | 2,5 dəfə | 533 986,42 | 3,4 dəfə |
| Hindistan | 1 122 729,9 | -5,66 % | 496 009,13 | 20,94 % |
| Almaniya | 791 289,4 | 32,46 % | 405 658,07 | 90,37 % |
| Tunis | 782 827,41 | -2,98 % | 373 764,25 | 27,35 % |
| Ukrayna | 819 699,5 | -19,9 % | 359 630,74 | 34,25 % |
| Britaniya* | 624 005,43 | 2,3 dəfə | 312 493,08 | 3,6 dəfə |
| Belarus | 452 234,57 | 17,89 % | 216 137,67 | 47,57 % |
| Kanada | 416 119,36 | - | 214 757,33 | - |
| Türkiyə | 411 383,38 | -16,06 % | 176 302,65 | -2,78 % |
| Çexiya | 299 327,19 | -49,97 % | 157 716,36 | -26,36 % |
| Tailand | 277 100,94 | -31,56 % | 134 110,72 | 49,43 % |
| Çin | 277 516,67 | -86,52 % | 102 592,36 | -73,44 % |
| Rumıniya | 173 781,81 | 2,2 % | 80 876,89 | 47,1 % |
| İndoneziya | 173 504,81 | - | 87 124,86 | - |
| Vyetnam | 139 699,64 | -73,07 % | 72 728,56 | -45,2 % |
| İsveçrə | 90 283,35 | - | 48 391,61 | - |
| Yunanıstan | 89 320 | -92,19 % | 48 262,58 | -88,04 % |
| Fransa | 91 755,21 | -65,33 % | 45 737,11 | -43,41 % |
| İrlandiya | 87 840,9 | - | 41 737,54 | - |
| Avstriya | 80 008,75 | -70,48 % | 37 460,9 | -63,66 % |
| Avstraliya | 54 975,82 | -69,42 % | 20 884,24 | -70,35 % |
| Rusiya | 811,02 | 94,9 % | 396,52 | 2,6 dəfə |
* Böyük Britaniya və Şimali İrlandiyanın Birləşmiş Krallığı