“Azalternativenerji" Türkiyədə 65 mln. dollarlıq layihə reallaşdıracaq

“Azalternativenerji" Türkiyədə 65 mln. dollarlıq layihə reallaşdıracaq Bu, şirkətin “Azalternativenerji” MMC ilə bağladığı uzunmüddətli strateji əməkdaşlıq proqramı çərçivəsində reallaşacaq
Energetika
27 İyul , 2015 21:01
“Azalternativenerji Türkiyədə 65 mln. dollarlıq layihə reallaşdıracaq

Bakı. 27 iyul. REPORT.AZ/ Mərkəzi İstanbul şəhərində yerləşən "Turcas Petrol" şirkəti 2017-ci ildən etibarən geotermal mənbələrdən elektrik enerjisi istehsal edəcək. "Report"un "Daily Sabah"a istinadən verdiyi xəbərə görə, bu barədə "Turcas Petrol" şirkətinin direktoru Batı Aksoy məlumat verib.

Məlumata görə, bu, şirkətin Azərbaycan Respublikası Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin (ABOEMDA) “Azalternativenerji” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağladığı uzunmüddətli strateji əməkdaşlıq proqramı çərçivəsində reallaşacaq.

B.Aksoyun sözlərinə görə, onlar Türkiyənin Aydın vilayətinin Kuyucak şəhərində geotermal elektrik stansiyası layihəsi üçün 65 mln. dollarlıq sərmayə yatırmağı düşünürlər.

Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin (ABOEMDA) mətbuat katibliyindən verilən məlumata görə, anlaşma memorandumunda müvafiq sahənin inkişafına qarşılıqlı dəstək vermək, sözügedən layihə çərçivəsində Azərbaycanda əldə edilmiş təcrübənin öyrənilməsi və tətbiq edilməsi, Azərbaycanın texniki imkanlarından Türkiyədə alternativ (bərpa olunan) enerji mənbələri üzrə layihələrin icrası zamanı istifadə olunması barədə razılığa gəlinib.

"O cümlədən, gələcəkdə bu sahədə fəaliyyət göstərən hər iki ölkənin fiziki və hüquqi şəxslərinin potensialından səmərəli şəkildə istifadə nəzərdə tutulur", - qurumun açıqlamasında deyilir.

Qeyd edək ki, Türkiyənin Cəmiyyəti Məlumatlandırma Platformasının (Kamuyu Aydınlatma Platformu (KAP) rəsmi saytında yer alan məlumatda bildirilir ki, “Turcas Petrol”un “Turcas Enerji Holding A.Ş.” şirkəti ilə ABOEMDA-nın tabeliyindəki “Azalternativenerji” MMC arasında Türkiyədə və Azərbaycanda günəş, külək və geotermal enerji stansiyalarının inşası və birgə layihələrin həyata keçirilməsi məqsədilə iyulun 21-də Niyyət Protokolu imzalanıb. Protokolun imzalanan tarixindən etibarən 3 il müddətində etibarlı olacağı qeyd edilir.

Son xəbərlər

Orphus sistemi