Avropada qazın qiymətində növbəti rekord qeydə alınıb

Avropada qazın qiymətində növbəti rekord qeydə alınıb Avropa fyuçers bazarında qazın qiyməti hər kubmetr üçün 620 ABŞ dollarını keçərək daha bir tarixi rekord vurub.
Energetika
31 Avqust , 2021 23:33
Avropada qazın qiymətində növbəti rekord qeydə alınıb

Avropa fyuçers bazarında qazın qiyməti hər min kubmetr üçün 620 ABŞ dollarını keçərək daha bir tarixi rekord vurub.

"Report" bu barədə hərrac məlumatlarına istinadən xəbər verir.

Qaz fyuçersləri hərracın açılışında 598 dollara başa gəlsə də, sessiyanın sonunda hər min kubmetr üçün 621 dollara yüksəlib.

Xatırladaq ki, bir gün əvvəl qazın qiyməti artıq tarixi rekordunu yeniləyib. Belə ki, mavi yanacağın qiyməti min kubmetr üçün 607 ABŞ dollarına qalxmışdı.

Son xəbərlər

Orphus sistemi