Avropada qazın qiyməti hər min kubmetr üçün 1100 ABŞ dollarını ötüb.
“Report” xəbər verir ki, bunu ICE birjasının məlumatları təsdiq edir.
Niderlandın TTF qovşağında dekabr fyuçerslərinin qiyməti hər min kubmetr üçün 1 108 ABŞ dolları səviyyəsində qərarlaşıb.
Gün ərzində Avropada qazın qiymətinin ümumi artımı 8% təşkil edib.