SOCAR neft məhsullarının ixracını azaldıb

SOCAR neft məhsullarının ixracını azaldıb Bu, I Avropa Oyunları ilə əlaqədar daxili tələbatın artması ilə bağlıdır
Energetika
3 İyun , 2015 13:59
SOCAR neft məhsullarının ixracını azaldıb

Bakı. 3 iyun. REPORT.AZ/ Bu ay Azərbaycanda keçiriləcək I Avropa Oyunları ilə əlaqədar Dövlət Neft Şirkəti (SOCAR) neft məhsullarının ixracını azaldıb. 

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında SOCAR-ın prezidenti Rövnəq Abdullayev bildirib: "Oyunlar zamanı neft məhsullarına böyük tələbat yaranacaq. Bu tələbatı tam ödəmək üçün neft məhsullarının ixracı azaldılıb və bu həcm daxili tələbatın ödənilməsinə yönəldilib".

R.Abdullayev qeyd edib ki, dünya bazarında neftin qiymətinin ucuzlaşması Azərbaycanda həyata keçirilən neft-qaz layihələrinin icrasına təsir etməyib: "Neftin qiymətinin ucuzlaşmasına baxmayaraq, heç bir neft-qaz layihəsinin icrası dayandırılmayıb".

SOCAR rəhbəri əlavə edib ki, bu layihələrin maliyyələşmə məsələləri əvvəldən həll olunub və bu səbəbdən də hər hansı problem yaranmayıb: "Bütün layihələr qrafikə uyğun olaraq həyata keçirilir".

Son xəbərlər

Orphus sistemi