Sabah növbəti partiya Azərbaycan nefti Odessaya çatdırılacaq

Sabah növbəti partiya Azərbaycan nefti Odessaya çatdırılacaq Aprelin 11-də Belarusun Mozır Neft Emalı Zavodu üçün nəzərdə tutulmuş “AzeriLight” markalı Azərbaycan nefti ilə dolu növbəti tankerin Odessa limanına çatması gözlənilir.
Energetika
327
10 Aprel , 2020 12:19
Sabah növbəti partiya Azərbaycan nefti  Odessaya çatdırılacaq

Aprelin 11-də Belarusun Mozır Neft Emalı Zavodu üçün nəzərdə tutulmuş “AzeriLight” markalı Azərbaycan nefti ilə dolu növbəti tankerin Odessa limanına çatması gözlənilir.

“Report”un məlumatına görə, bunu “İnterfax” agentliyinə Belarusun “Belneftexim” konsernin mətbuat katibi Aleksandr Tişenko bildirib.

Onun sözlərinə görə, aprelin 11-də Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) nefti olan bir tankerin gəlişi gözlənilir: “Bu tankerdə neftin həcminin 85 min ton olacağı gözlənilir".

O, həmçinin istisna etməyib ki, tankerlərlə neftin tədarükü artırıla bilər.

Xatırladaq ki, SOCAR aprelin 8-də Belarusa Gürcüstanın Supsa limanından növbəti partiya Azərbaycan neftini göndərib. Martda SOCAR-ın törəmə şirkəti olan “SOCAR Trading” Belarusa Mozır Neft Emalı Zavodu üçün Odessa limanı və “Odessa-Brodı” boru kəməri vasitəsilə ümumi həcmi 250 min ton olan 3 partiya neft tədarük edib. “Belneftexim” konserni isə bildirib ki, SOCAR 2020-ci ildə Belarusa 1 milyon tona qədər neft tədarük edə bilər.

Son xəbərlər

Orphus sistemi