​Almaniyada son 20 ildə ilk dəfə olaraq neft tapılıb

​Almaniyada son 20 ildə ilk dəfə olaraq neft tapılıb Nümunə üçün aparılan qazıntılar bir neçə həftə əvvəl başlayıb
Energetika
31 Mart , 2015 22:11
​Almaniyada son 20 ildə ilk dəfə olaraq neft tapılıb

Bakı. 31 mart. REPORT.AZ/ Almaniyanın "Rhein Petroleum" şirkəti Darmştadt şəhəri yaxınlığında nümunə üçün qazıntı aparıb və təqribən 1700 metr dərinlikdə "yüksək keyfiyyətli" neft yatağı aşkar edib.

"Report" xəbər verir ki, bu barədə "Bild"ə istinadən UNN nəşri məlumat yayıb.

"Biz nefti seysmik mütəxəssislərin məhz perspektivli kimi müəyyən etdikləri şəhərdə tapa bildik", - deyə "Rhein Petroleum" şirkətinin icraçı direktoru Mikael Zauna məlumat verib.

Nümunə qazıntıları bir neçə həftə əvvəl başlayıb, tədqiqatdan təqribən bir ay sonra yataqda nə qədər yanacağın mövcudluğu məlum olacaq, yayda isə şirkət nümunə üçün neft hasilatını həyata keçirmək niyyətindədir.

Bu, Almaniyada quruda neft və ya qaz yataqlarının aşkar edilməsindən sonra 20 il ərzində tapılan ilk yataqdır.

Son xəbərlər

Orphus sistemi