Aİ ölkələrinin 9 ayda Azərbaycandan idxal etdiyi qazın həcmi açıqlanıb

Energetika
  • 03 dekabr, 2024
  • 12:56
Aİ ölkələrinin 9 ayda Azərbaycandan idxal etdiyi qazın həcmi açıqlanıb

Avropa İttifaqı (Aİ) ölkələri – İtaliya, Yunanıstan və Bolqarıstan bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan qaz idxalını ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,5 % - 369,541 min teracoula qədər artırıb.

Bu barədə “Report”a Aİ-nin Statistika İdarəsindən (“Eurostat”) məlumat verilib.

Hesabat dövründə Aİ ölkələri Azərbaycandan 3 milyard 167,095 milyon avro dəyərində (30,7 % azalıb) qaz idxal edib.

Bu ilin yanvar-sentyabr aylarında İtaliya Azərbaycandan 2 milyard 498,508 milyon avro dəyərində (azalma 31,3 %) 284,054 min teracoul (artım 4,1 %), Yunanıstan 461,742 milyon avro dəyərində (azalma 32,8 %) 58,035 min teracoul (azalma 8 %), Bolqarıstan isə 206,843 milyon avro dəyərində (azalma 14,8 %) 27,452 min teracoul qaz (azalma 2,6 %) alıb.

Sentyabrda Aİ ölkələri Azərbaycandan qaz idxalını 5,7 % - 39,277 min teracoula qədər azaldıb və bu məqsədlər üçün 398,374 milyon avro (2023-cü ilin sentyabr ayı ilə müqayisədə 2,4 % artıb) yönəldib.

İtaliya 317,989 milyon avro dəyərində 29,752 min teracoul, Yunanıstan 57,581 milyon avro dəyərində 6,429 min teracoul, Bolqarıstan isə 22,803 milyon avro dəyərində 3,096 min teracoul Azərbaycan qazı alıb.

“Eurostat”ın məlumatına görə, 2023-cü ildə Aİ ölkələri Azərbaycandan 6,2 milyard avro dəyərində (2,5 dəfə azalıb) 492,9 min teracoul təbii qaz (2,5 % artıb) idxal edib.

44 filmi